NATO-ya üzv ölkələrin Baş Qərargah rəisləri təhlükəsizlik problemlərini müzakirə etmək üçün təcili virtual iclas keçiriblər.
YeniAvropa xəbər verir ki, bu barədə Ukraynanın "UNIAN" agentliyi Alyansın saytına istinadla məlumat yayıb. Xəbərdə bildirilir ki, toplantıda Ukraynanın sərhədyanı bölgəsindəki vəziyyət də gündəmdə olub.
Qeyd edək ki, iclasda müttəfiq ölkələrin 30 Baş Qərargah rəisi iştirak edib.