logo

Tramp öz prezidentliyindən kitab yazır

09:47 07-12-2021 | icon 2100
Tramp öz prezidentliyindən kitab yazır

ABŞ-ın keçmiş prezidenti Donald Tramp dövlət başçısı olduğu dörd illik fəaliyyəti ilə bağlı kitab yazır.

YeniAvropa xəbər verir ki, bu barədə o,  “Newsmax TV”yə müsahibəsində bildirib.

“Bəli, mən xatirələrimi yazıram. Görəcəksiniz, bu, çox güclü bir əsər olacaq”, - deyə Tramp jurnalistin müvafiq sualını cavablandırıb.

 Donald Tramp həmçinin əlavə edib ki, onun kitabı naşirlər tərəfindən böyük maraq doğurub.

Eyni zamanda, ABŞ-ın 45-ci prezidenti öz xatirələrinin dərc olunma vaxtını, eləcə də orada işıqlandırılacaq mümkün mövzuları qeyd etməyib.