logo

ABŞ və Rusiya prezidentləri  videoformatda görüşəcəklər

15:25 03-12-2021 | icon 2520
ABŞ və Rusiya prezidentləri  videoformatda görüşəcəklər

Rusiya və ABŞ prezidentləri Vladimir Putinin və Co Baydenin qarşıdakı danışıqları videokonfrans formatında olacaq, lakin dəqiq vaxt hələ bilinmir.

YeniAvropa "TASS" informasiya agentliyinə istinadla xəbər verir ki, bunu jurnalistlərə Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib.

“Dəqiq tarix hələlik razılaşdırılmayıb, hələ iş aparılır. Söhbət videokonfransdan gedir”, - deyə Dmitri Peskov vurğulayıb.

Onun sözlərinə görə, hər iki tərəfdən danışıqların vaxtı, o cümlədən 7 dekabr barədə müxtəlif təkliflər var, “lakin onlar hələ sinxronlaşdırılmayıb”. Rusiya prezidentinin mətbuat katibi danışıqların hansı həftə keçirilə biləcəyini dəqiq söyləməkdən boyun qaçırıb və qeyd edib ki, bu, “istənilən an” baş tuta bilər.

Xatırladaq ki, Rusiya XİN başçısının müavini Sergey Ryabkov bir qədər əvvəl  Moskva Putin və Bayden arasında söhbətin yaxın günlərdə keçiriləcəyinə ümid bəslədiyini bildirmişdi.