logo

Ərdoğan xəzinə və maliyyə nazirini dəyişdirib

09:22 02-12-2021 | icon 2681
Ərdoğan xəzinə və maliyyə nazirini dəyişdirib

Türkiyənin xəzinə və maliyyə naziri Lütfi Elvan tutduğu vəzifədən azad edilib.

YeniAvropa yerli mətbuata istinadla xəbər verir  ki, bu barədə Türkiyənin prezidenti Rəcəb Tayyib Ərdoğan sərəncam imzalayıb. 

Dövlət başçısının digər sərəncamı ilə Nurəddin Nebati xəzinə və maliyyə naziri təyin olunub.

O bu təyinata qədər xəzinə və maliyyə nazirinin müavini işləyib. 

Xatırladaq ki, son həftələr Türkiyədə milli valyuta olan lirənin dollar qarşısında ucuzlaşması də davam edib. Ötən gün səhər saatlarından etibarən lirənin dəyər itirməsi nəticəsində 1 ABŞ dolları 13,9 TL-yə yaxın olub. Yaranmış vəziyyətə görə ölkənin Mərkəzi Bankı bazara müdaxilə etməli olub.

Mərkəzi Bankdan yayılan açıqlamada deyilir ki, valyuta məzənnələrində müşahidə edilən qeyri-sağlam situasiya səbəbi ilə bazara müdaxilə edilir və valyuta ehtiyatlarından bir qismi satışa çıxarılır. Bu xəbərin ardınca dolların məzənnəsi kəskin aşağı düşüb, ABŞ valyutası 5 faizdən çox ucuzlaşıb və dollar yenidən 13 TL-dən aşağı olub.

Türkiyə Mərkəzi Bankı bazara sonuncu dəfə bu cür birbaşa müdaxiləni 8 il əvvəl edib.