logo

Türkiyədə dollar 14 lirəyə yaxınlaşdı

13:31 01-12-2021 | icon 2695
Türkiyədə dollar 14 lirəyə yaxınlaşdı

Türkiyədə dolların bahalaşması bu gün də davam edib.

YeniAvropa yerli mətbuata istinadla xəbər verir  ki, səhər saatlarından etibarən lirənin dəyər itirməsi nəticəsində 1 ABŞ dolları 13,9 TL-yə yaxın olub.

Yaranmış vəziyyətə görə ölkənin Mərkəzi Bankı bazara müdaxilə etməli olub.

Mərkəzi Bankdan yayılan açıqlamada deyilir ki, valyuta məzənnələrində müşahidə edilən qeyri-sağlam situasiya səbəbi ilə bazara müdaxilə edilir və valyuta ehtiyatlarından bir qismi satışa çıxarılır. Bu xəbərin ardınca dolların məzənnəsi kəskin aşağı düşüb, ABŞ valyutası 5 faizdən çox ucuzlaşıb və dollar yenidən 13 TL-dən aşağı olub.

Türkiyə Mərkəzi Bankı bazara sonuncu dəfə bu cür birbaşa müdaxiləni 8 il əvvəl edib.