logo

Ərdoğan Türkmənistana rəsmi səfərə gəlib

14:47 27-11-2021 | icon 2667
Ərdoğan Türkmənistana rəsmi səfərə gəlib

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın Türkmənistana rəsmi səfəri başlayıb.

 

 YeniAvropa xəbər verir ki, bu barədə “CNNTurk”  məlumat yayıb.

Səfər çərçivəsində R.T.Ərdoğanla Türkmənistan prezidenti Qurbanqulu Berdiməhəmmədov arasında təkbətək görüş olacaq.

Ardınca dövlət başçılarının nümayəndə heyətlərinin iştirakı ilə geniştərkibli görüş keçiriləcək.

Görüşlərdə Türkiyə ilə Türkmənistan arasında enerji, turizm və ticarət məsələləri başda olmaqla bir sıra məsələlər müzakirə ediləcək.

Danışıqların yekununda ikitərəfli sazişlər imzalanacaq.

 Rəcəb Tayyib Ərdoğan, həmçinin, noyabrın 28-də İqtisadi Əməkdaşlıq Təşkilatına üzv dövlətlərin Türkmənistanın paytaxtı Aşqabadda keçiriləcək 15-ci Zirvə toplantısında iştirak edəcək.