logo

Vladimir Zelenski ölkədə dövlət çevrilişinin planlaşdırıldığını dedi

14:45 26-11-2021 | icon 2569
Vladimir Zelenski ölkədə dövlət çevrilişinin planlaşdırıldığını dedi

Ukrayna prezidenti Vladimir Zelenski dekabrın 1-nə dövlət çevrilişi həyata keçiriləcəyi ilə bağlı məlumat aldığını açıqlayıb. 

YeniAvropa yerli mətbuata istinadla xəbər verir  ki, bu barədə dövlət başçısı bu gün keçirdiyi mətbuat konfransında məlumat verib.

V.Zelenski deyib ki, milyarder iş adamı Rinat Axmetov Ukraynada da dövlət çevrilişinin planlaşdırılmasında iştirak edir: “Bunun üçün milyardlarla dollar ayrılıb”.

Prezident vurğulayıb ki, dövlət çevrilişinə və bunda iş adamının iştirakına inanmır.