logo

Fransanın baş naziri koronavirusa yoluxub

19:59 23-11-2021 | icon 2548
Fransanın baş naziri koronavirusa yoluxub

Fransanın Baş naziri Jan Kasteks koronavirusa yoluxub. Sosial şəbəkələrdə fransızları virus əleyhinə qaydalara riayət etməyə çağıran Baş nazir tənqid atəşinə tutulub.

YeniAvropa xarici KİV-ə istinadla xəbər verir  ki, o, sanitar qaydalara riayət etməməkdə günahlandırılaraq, çoxsaylı tənqid şərhlərinin hədəfinə çevrilib.

Hökumət sözçüsü Qabriel Attala isə tənqidlərə “hamımız insanıq, bəzən diqqətsizlik, boşluq ola bilər”, - deyə cavab verib.

J.Kasteks 11 yaşlı qızının koronavirus testi müsbət olduqdan dərhal sonra PCR testi verib və onun da testinin nəticəsi müsbət olub.

Baş nazir koronavirus testi verməmişdən bir gün öncə ölkənin əksər nazir və dövlət katibləri ilə görüşmüşdü.

Qeyd edilib ki, J.Kasteks cari ilin mart və iyun aylarında 1-ci və 2-ci doza “AstraZeneca” peyvəndi vurdurub. O, xəstəliyi yüngül keçirir. Belə ki, yaxınlarının verdiyi məlumata əsasən, onda xəstəliyin yüngül əlamətləri, xüsusilə də öskürək var.