logo

ÜST: Martadək Avropada 0,5 milyon insan koronavirusdan ölə bilər

10:10 21-11-2021 | icon 2765
ÜST: Martadək Avropada 0,5 milyon insan koronavirusdan ölə bilər

Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Avropa direktoru Hans Kluge təcili tədbirlər görülməsə, mart ayına qədər Avropada yarım milyon insanın koronavirusdan ölə biləcəyini açıqlayıb.

YeniAvropa xəbər verir ki, "BBC" telekanalına verdiyi müsahibədə qitədə virusun gedişatından çox narahat olduğunu söyləyən Kluge, epidemiyanın yayılmasına səbəb kimi qışın gəlişini, qeyri-adekvat peyvəndlənməni və regionda yoluxucu Delta variantının yayılmasını göstərib.

O, maska taxmaq kimi tədbirlərin təcili həyata keçirilməsi ilə yoluxmanın sayının azala biləcəyini bildirib.

ÜST-nin Avropa direktoru peyvəndin artırılmasına və yoluxma hallarının çoxalmasına qarşı mübarizə aparmaq üçün əsas ictimai sağlamlıq tədbirlərinin və yeni tibbi müalicələrin həyata keçirilməsinə çağırıb.

Avstriya cümə günü COVID-19 peyvəndinin qanuni bir tələb olacağını elan edən ilk Avropa ölkəsi olub. Digər bir çox Avropa ölkələri də yoluxma halları artdıqca yeni tədbirlər görür.

Qeyd edək ki, Birləşmiş Krallıqda ümumilikdə 9 milyon nəfər koronavirusa yoluxub, 143 min nəfər isə həyatını itirib.