logo

ABŞ taliblərin hökumətini tanınması üçün şərtlini açıqladı

14:12 20-11-2021 | icon 2758
ABŞ taliblərin hökumətini tanınması üçün şərtlini açıqladı

Əgər taliblər terrorçulara qarşı mübarizə aparsalar və Əfqanıstanda inklüziv hökumət yaratsalar, onda dünya birliyi “Taliban” hərəkatının hakimiyyətinin legitimliyini tanıyar.

YeniAvropa xarici KİV-ə istinadla xəbər verir  ki, bunu ABŞ Dövlət Departamentinin Əfqanıstan üzrə xüsusi nümayəndəsi Tomas Uest bildirib. Onun sözlərinə görə, ABŞ rəsmiləri taliblərə hələ neçə il bundan əvvəl eyhamla bildirmişdi ki, hakimiyyətin zorla ələ keçirilməsi qeyri-humanitar yardımın azalmasına gətirib çıxaracaq.

T.Uest deyib: “Amerika rəsmiləri taliblərə uzun illər boyu eyhamla bildirdilər ki, əgər onlar münaqişəni Əfqanıstanın hakimiyyət orqanları ilə danışıqlar yolu ilə nizamlamaq əvəzinə hərbi çevriliş etməyə çalışsalar, onda dünya birliyinin təqdim etdiyi, son dərəcədə əhəmiyyətli qeyri-humanitar yardım dayandırılacaq, Əfqanıstan isə bu yardımdan çox asılıdır”.

ABŞ-ın Əfqanıstan üzrə nümayəndəsi bildirib ki, ABŞ Əfqanıstana humanitar yardım göstərilməsini davam etdirəcək. Onun sözlərinə görə, bu il ABŞ Əfqanıstan xalqına 474 milyon dollar yardım göstərib və humanitar təşkilatların bu xalqa yardım göstərməsinə kömək üçün hər cür səy göstərir. Diplomat talibləri azlıqların, qadınların və qızların hüquqlarına hörmət etməyə çağırıb. Onun sözlərinə görə, bu halda təhsilin və məşğulluğun bərabər dərəcədə əlçatan olması nəzərdə tutulur.