logo

"Facebook", "İnstagram" və "WhatsApp"da yenə nasazlıq yarandı

22:09 19-11-2021 | icon 2849
"Facebook", "İnstagram" və "WhatsApp"da yenə nasazlıq yarandı

Dünyanın bir sıra ölkələrində "Facebook", "İnstagram" və "WhatsApp" sosial şəbəkələrinin istifadəçiləri nasazlıqlardan şikayətlənirlər.

YeniAvropa xəbər verir ki, bu barədə məşhur internet resurslarının fəaliyyətini izləyən "Downdetector” saytı məlumat yayıb.

ABŞ-dan olan istifadəçilər əsasən "Facebook" və "İnstagram"ın işindəki problemlərdən narazılıq edir. Almaniyada "İnstagram" və "WhatsApp", Niderlandda "WhatsApp", Böyük Britaniyada isə "İnstagram"ın işində fasilələr müşahidə olunur. Hər üç xidmətin nasazlığı barədə Fransa, İtaliya, İspaniya, Rusiya və digər ölkələrdən bildirilir.

Məlumata görə, "İnstagram"da daha çox xəbər lentində, "Facebook"da saytın işində, "WhatsApp"da isə mesaj göndərilərkən və serverə qoşulmada problemlər var.