Gürcüstanın həbsdə olan sabiq Prezidenti Mixeil Saakaşvili vəkilləri ilə görüş zamanı huşunu itirərək yıxılıb.
YeniAvropa yerli mətbuata istinadla xəbər verir ki, bu barədə eks-prezidentin vəkili Beka Basilaia jurnalistlərə açıqlamasında bildirib.
Onun sözlərinə görə, vəkilləri ilə görüşdən sonra yuxarı mərtəbəyə qalxarkən huşunu itirərək yıxılan M. Saakaşvili bir neçə dəqiqə sonra özünə gələrək gözlərini açıb, lakin heç bir söz deməyib.
B. Badilaia sabiq prezidentin xərəkdə aparıldığını, lakin hazırda harada olduğu barədə məlumatının olmadığını qeyd edib.