Türkiyədə dollar Mərkəzi Bankın bu gün faiz dərəcələrini endirmək barədə qərarının ardınca yenidən sürətlə bahalaşmağa başlayıb.
YeniAvropa yerli mətbuata istinadla xəbər verir ki,bu saatlara olan məlumata görə 1 dollar hərracda 11,1 TL-yə satılır.
Nəticədə Türkiyənin milli valyutası gün ərzində 4 faizə yaxın dəyər itirib.
Mərkəzi Bank faiz dərəcələrini yüzdə 16-dan 15-ə endirib. Tənzimləyici bu qərarı ölkədə müşahidə olunan yüksək inflyasiya və milli valyutanın dəyərdən düşməsi fonunda iqtisadiyyata investisiyaları təşviq etmək üçün verib.