Rusiyanın baş naziri Mixail Mişustin bu gün, noyabrın 18-də Ermənistana ikigünlük işgüzar səfərə yola düşür. Hökumətin mətbuat xidmətinin məlumatına görə, İrəvanda Rusiya Nazirlər Kabinetinin rəhbəri Avrasiya İqtisadi İttifaqının (Aİİ) hökumətlərarası şurasının iclasında iştirak edəcək.
"2021-ci il noyabrın 18-19-da İrəvanda (Ermənistan Respublikası) Rusiyanın baş naziri Mixail Mişustin Avrasiya Hökumətlərarası Şurasının növbəti iclasında iştirak edəcək", - deyə mətbuat xidməti bildirib.