logo

Tbilisidə Saakaşviliyə dəstək aksiyaları keçirilir

15:32 12-11-2021 | icon 2730
Tbilisidə Saakaşviliyə dəstək aksiyaları keçirilir

Müxalifət partiyaları və onların tərəfdarları hazırda həbsdə olan eks-prezident Mixeil Saakaşviliyə dəstək məqsədilə Tbilisidə Səhiyyə və Ədliyyə nazirliklərinin binaları qarşısında eyni vaxtda etiraz aksiyası keçirirlər.

YeniAvropa yerli mətbuata istinadla xəbər verir  ki, aksiya başlamazdan əvvəl etirazçılar “Sakaşviliyə azadlıq” plakatları ilə şəhərin mərkəzində yürüş ediblər.

Qeyd edək ki, Gürcüstan müxalifəti noyabrın 8-də etiraz hərəkatının başladığını elan edib. Əsas tələblər Saakaşvilinin azad edilməsi, onun mülki klinikaya köçürülməsi və növbədənkənar parlament seçkilərinin elan edilməsidir.