logo

Zelenski Qaribaşvili ilə telefonda  Mixeil Saakaşvilidən danışdı

12:33 12-11-2021 | icon 2667
Zelenski Qaribaşvili ilə telefonda  Mixeil Saakaşvilidən danışdı

Ukrayna prezidenti Volodimir Zelenski və Gürcüstanın baş naziri İrakli Qaribaşvili arasında telefon danışığı olub.

YeniAvropa yerli mətbuata istinadla xəbər verir  ki, bu barədə Ukrayna lideri özünün "Tvitter" səhifəsində yazıb.

“Qaribaşvili ilə telefon söhbətində qeyd etdim ki, Ukrayna vətəndaşı Mixeil Saakaşvilinin hüquqları beynəlxalq normalara uyğun olaraq tam təmin edilməlidir”, - deyə V.Zelenski yazıb.

O vurğulayıb ki, İ.Qaribaşvilidən Mixeil Saakaşvilinin anası, qohumları və ukraynalı həkimlərin onu ziyarət eməsinə şərait yaratmağı xahiş edib.