logo

On ayda Azərbaycan ilə Rusiya arasında əmtəə dövriyyəsi 2,1 milyard dollara çatıb

12:51 25-12-2017 | icon 2247
On ayda Azərbaycan ilə Rusiya arasında əmtəə dövriyyəsi 2,1 milyard dollara çatıb

Bu ilin on ayının nəticələrinə görə, Azərbaycan ilə Rusiya arasında əmtəə dövriyyəsi 2,1 milyard ABŞ dollarına çatıb.

YeniAvropa Rusiya İxrac Mərkəzinin məlumatına əsasən bildirir ki, bu göstərici ötən ilin müvafiq dövrü ilə müqayisədə 51 faiz çoxdur. Bu məbləğin təxminən 1,6 milyard ABŞ dolları Rusiya ixracatının, o cümlədən 1,5 milyard dolları qeyri-neft və qeyri-enerji sektorunun payına düşür. Azərbaycanda 19 faiz ən yüksək idxal payına malik olan Rusiya ölkəmizin əsas xarici ticarət tərəfdaşlarından biridir.

Xatırladaq ki, bu gün Bakıda Rusiya İxrac Mərkəzinin nümayəndəliyi açılıb.