logo

Gürcüstanda 100 min uşaq koronavirusa yoluxub

09:30 12-11-2021 | icon 2478
Gürcüstanda 100 min uşaq koronavirusa yoluxub

Gürcüstanda pandemiya başlayandan bu günədək 100 min uşaq koronavirusa yoluxub. Onlardan 8-i pandemiyanın qurbanı olub.

YeniAvropa yerli mətbuata istinadla xəbər verir  ki, bu barədə Gürcüstanın Xəstəliklərə Nəzarət Milli Mərkəzinin rəhbəri Amiran Qamkrelidze məlumat verib.

Onun sözlərinə görə, Gürcüstanda koronavirusa yoluxan 700 mindən çox insanın 100 minini uşaqlar təşkil edir. Bu da olduqca təhlükəli tendensiyadır.

Mərkəz rəhbəri uşaqların vaksinasiyası ilə bağlı valideynlərə müraciət edib və onlardan uşaqlarını koronavirusa qarşı peyvənd etdirməyə dəvət edib.

Bildirib ki, vaksinasiya olunmuş insanlar peyvənd vurdurmayan insanlardan 9 dəfə az yoluxur. Peyvənd olunan insanlar arasında ölüm halları da olduqca azdır.