logo

Mixeil Saakaşvili aclıq aksiyasını dayandırıb

18:55 11-11-2021 | icon 2583
Mixeil Saakaşvili aclıq aksiyasını dayandırıb

Gürcüstanın hazırda həbsxanada olan üçüncü prezidenti Mixeil Saakaşvili aclıq aksiyasını dayandırmağı qərara alıb.

YeniAvropa yerli mətbuata istinadla xəbər verir  ki, bu barədə jurnalistlərə onun vəkili Nika Qvaramiya məlumat verib.

Vəkilin sözlərinə görə, Mixeil Saakaşvili Strasburq məhkəməsinin və qərb tərəfdaşlarının çağırışlarını nəzərə alaraq bu addımı atıb.

Qeyd edək ki, Saakaşvili oktyabrın 1-də Tbilisidə saxlanılıb. O, həmin gündən aclıq aksiyasına başlayıb. Siyasətçi noyabrın 8-də Tbilisidəki 18 saylı Qldani cəzaçəkmə müəssisəsinin xəstəxanasına köçürülüb.