logo

Rusiya Qara dənizdəki hərbi təlimlərə görə ABŞ-a xəbərdarlıq etdi

16:46 11-11-2021 | icon 2555
Rusiya Qara dənizdəki hərbi təlimlərə görə ABŞ-a xəbərdarlıq etdi

“ABŞ-ın Rusiya sərhədləri yaxınlığında plandankənar təlimlər keçirməsi təcavüzkar fəaliyyətdir”.

 YeniAvropa “RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyinin bəyanatında bildirilib.

Qeyd olunub ki, Rusiya bunu regional təhlükəsizlik və strateji sabitlik üçün təhdid sayır.

Xatırladaq ki, ABŞ və müttəfiqləri Qara dənizdə hərbi təlimlər keçirir.