logo

Avstraliya səmasında sutka ərzində milyondan çox ildırım çaxıb

14:58 11-11-2021 | icon 2667
Avstraliya səmasında sutka ərzində milyondan çox ildırım çaxıb

Avstraliyanın mərkəzində və şərqində sutka ərzində milyondan çox ildırım qeydə alınıb.

YeniAvropa xarici KİV-ə istinadla xəbər verir  ki, sinoptiklər Avstraliyanın böyük hissəsini cənginə alan qasırğa zamanı həm buludlar arasında, həm də buludlarla yer arasında 1,37 milyon ildırım sayıblar.

Qeyd edək ki, son 20 ilin ən güclü qasırğasının gətirdiyi leysan yağışları ölkənin bəzi rayonlarında çayların məcrasından çıxmasına və yolların su altında qalmasına səbəb olub. Hakimiyyət orqanları sürücüləri daşqınların təsirinə məruz qalan yollarda avtomobillə hərəkət etməməyə çağırıb.

Qasırğa cəbhəsinin qitənin şimalından Kvinslend şəhərinin cənub-şərqinə qədər 2,5 min kilometr uzandığı bildirilir.