Bir neçə gündür Lənkəranın sitrusçuluq təsərrüfatlarında hallabonq meyvəsinin yığımına başlanılıb. YeniAvropa xəbər verir ki, Cənubi Koreyadan gətirilən və ilk dəfə Lənkəran rayonunun Sütəmurdov kəndində 10 hektar ərazidə əkilən bu sitrus meyvəsi dadı, görünüşü və məhsuldarlığı ilə fərqlənir.Aqronom Fərman Abdullayev bildirib ki, hallabonq sitrus bitkisi digər sitrus bitkilərindən fərqli olaraq, bir neçə dəfə çiçək açır.
Bir hektar hallabonq bağından 35-45 ton meyvə əldə etmək mümkündür. Təcrübəli fermerlər hallabonq sahəsinin genişləndirilməsinə daha çox maraq göstərirlər. Bu il rayonda 75-80 hektar sahədə belə bağ salınıb.
Qeyd edək ki, bu sitrus meyvəsinə qənnadı, kosmetika, ətriyyat, şirə və şərabçılıq sahələrində də tələbat var. Hallabonq sitrus meyvəsinin Lənkəranda ilk dəfə keçirilən “Çay, çəltik və sitrus festivalı”nda təqdimatı əhali tərəfindən maraqla qarşılanıb.
Hallabonq bağlarında ilk yığım dekabr, ikinci yığım isə mart ayının sonunadək davam edəcək.