logo

Odre Azule yenidən UNESCO-nun baş direktoru seçildi

22:21 09-11-2021 | icon 2583
Odre Azule yenidən UNESCO-nun baş direktoru seçildi

Odre Azule Birləşmiş Millətlər Təşkilatının Təhsil, Elm və Mədəniyyət mələləri (YUNESKO) üzrə baş direktoru vəzifəsinə ikinci müddətə yenidən seçilib.

YeniAvropa xəbər verir ki, onun namizədliyi Parisdə keçirilən UNESKO-nun Baş Konfransının 41-ci sessiyasında təsdiq edilib.

Baş direktor bildirib: "Dörd il əvvəl siz mənim vədlərimi eşidib mənə etibar etdiniz və biz sülh üçün çalışmaqda davam edəcəyik. Mən başa düşürəm ki, mənə böyük bir vəzifə həvalə olunub. Başa düşürəm ki, təşkilatımızın üzərinə böyük məsuliyyət düşür və mən YUNESKO-nun xeyrinə xidmət etmək üçün əlimdən gələni edəcəyəm".