logo

Gürcüstan müxalifəti Tbilisidə növbəti aksiya keçirdi

20:54 09-11-2021 | icon 2674
Gürcüstan müxalifəti Tbilisidə növbəti aksiya keçirdi

Gürcüstanın müxalifət partiyaları paytaxt Tbilisidə parlament binasının qarşısında aksiya keçirib.

YeniAvropa yerli mətbuata istinadla xəbər verir  ki, iştirakçılar sabiq prezident Mixail Saakaşvilinin mülki xəstəxanaya köçürülməsi, onun azadlığa buraxılması və növbədənkənar parlament seçkilərinin keçirilməsini tələb ediblər.

Gürcüstan KİV-lərinin yaydığı məlumata görə, sabah da Tbilisidə bir neçə yerdə aksiya təşkil olunacaq.