logo

Türkiyədə bina çöküb, dağıntılar altında qalanlar var

18:50 09-11-2021 | icon 2730
Türkiyədə bina çöküb, dağıntılar altında qalanlar var

Türkiyənin Malatya vilayətində bina çöküb. İndiyədək dağıntılar altından doqquz yaralı çıxarılıb.

YeniAvropa yerli mətbuata istinadla xəbər verir  ki,  hadisənin başvermə səbəbləri hələlik məlum deyil.

Əsasən iş yerlərindən ibarət ikimərtəbəli binanın zirzəmi hissəsində çörək sexi, çay evi və restoranın olması səbəbindən dağıntılar altında çox sayda insanın qaldığı ehtimal edilir.

Axtarış-xilasetmə işləri davam edir.