logo

Türkiyədə 5,1 bal gücündə zəlzələ olub

22:13 08-11-2021 | icon 2499
Türkiyədə 5,1 bal gücündə zəlzələ olub

Türkiyənin Konya vilayətinin Meram rayonunda 5,1 bal gücündə yeraltı təkan qeydə alınıb.

YeniAvropa yerli mətbuata istinadla xəbər verir  ki, bu barədə Türkiyənin Fövqəladə Halların İdarəolunması Agentliyi (AFAD) məlumat yayıb.

Ocağı yerin 10,61 kilometr dərinliyində olan zəlzələ yerli vaxtla saat 20:43-də baş verib. Dağıntı və xəsarət alanlarla bağlı məlumat yoxdur. Ətraf bölgələrdə də hiss edilən yeraltı təkanlar əhali arasında təşvişə səbəb olub.