logo

Tbilisidə Saakaşviliyə azadlıq tələbi ilə növbəti mitinq keçirilir

21:51 08-11-2021 | icon 2548
Tbilisidə Saakaşviliyə azadlıq tələbi ilə növbəti mitinq keçirilir

Gürcüstanın paytaxtı Tbilisidəki "Azadlıq" meydanında ölkənin keçmiş prezidenti Mixeil Saakaşvilinin azadlığa buraxılması tələbi ilə aksiya keçirilir.

YeniAvropa yerli mətbuata istinadla xəbər verir  ki, aksiyanı Vahid Milli Hərəkat Partiyası təşkil edib.

Mitinqlə əlaqədar olaraq Tbilisinin mərkəzində avtomobillərin hərəkəti məhdudlaşdırılıb.

Aksiya ilə bağlı təhlükəsizlik tədbirləri gücləndirilib, dövlət qurumlarının binaları ətrafına əlavə polis qüvvələri səfərbər olunub.

Qeyd edək ki, "Azadlıq" meydanında eyni tələbli izdihamlı mitinq oktyabrın 14-də baş tutub.

M.Saakaşvili oktyabrın 1-də Tbilisidə saxlanılıb və Rustavi həbsxanasına yerləşdirilib. O, bu gün Qldani türmə xəstəxanasına yerləşdirilib.