logo

Saakaşvilini vəziyyəti pisləşdi-təcili vertolyotla apardılar

17:33 08-11-2021 | icon 2394
Saakaşvilini vəziyyəti pisləşdi-təcili vertolyotla apardılar

Gürcüstanda həbsdə olan keçmiş prezident Mixeil Saakaşvili klinikaya yerləşdirilib.

YeniAvropa yerli mətbuata istinadla xəbər verir  ki, eks-prezident saxlanıldığı Rustavidəki 12 saylı həbsxanadan 18 saylı Qldani türmə xəstəxanasına çatdırılıb.

Yayılan məlumatlara əsasən, köçürülmə helikopter vasitəsilə həyata keçirilib.

Gürcüstanın Xüsusi Penitensiar Xidmətindən bildirilib ki, Saakaşvili vəziyyətinin ağırlaşmasının qarşısını almaq məqsədilə klinikaya yerləşdirilib.

Qeyd edək ki, Gürcüstana sentyabrın 28-də qanunsuz daxil olan qonşu ölkənin üçüncü prezidenti oktyabrın 1-də Tbilisidə saxlanılıb. Siyasətçi artıq 39-cu gündür aclıq aksiyası keçirir. Onun 20 kiloqrama yaxın çəki itirdiyi bildirilir.