logo

İraqın Baş nazirinə qarşı sui-qəsdə cəhd edilib

10:39 07-11-2021 | icon 2667
İraqın Baş nazirinə qarşı sui-qəsdə cəhd edilib

İraqın baş naziri Mustafa Əl-Kaziminin villasına dronla sui-qəsd təşkil olunub.

 YeniAvropa  İraq mətbuatına istinadla xəbər verir ki, baş nazirin Bağdadın “Yaşıl bölgə” adlanan ərazisində yerləşən evinə dronla bomba atılıb.

Baş nazir "Tvitter" hesabında hücumu təsdiqləyib və sağ-salamat olduğunu bildirib.

Hadisə yerinə gələn xüsusi xidmət orqanlarının əməkdaşları xüsusi əməliyyata başlayıblar.