logo

“Airbus” Çində “A321” təyyarələri istehsal edəcək

17:27 06-11-2021 | icon 2758
“Airbus” Çində “A321” təyyarələri istehsal edəcək

“Airbus” korporasiyası Çinin Tiencin şəhərindəki son yığım sahəsində darfüzelajlı “A321” təyyarələrinin istehsalına başlayacaq.

 YeniAvropa  “Airbus China”nın məlumatına istinadla xəbər verir ki, “A321” təyyarələrinin istehsalı üçün şirkət Çindəki tərəfdaşı ilə çərçivə sazişi imzalayıb. “A321” təyyarələrinin istehsalı üçün Tiencindəki yığım sahəsində istehsalın genişləndirilməsi işlərinə gələn ilin iyulunda başlanılacaq. Bu, müəssisədə “A320” təyyarələrinin hazırkı istehsalına maneə olmayacaq.

“Airbus China”nın baş əməliyyatçısı Maykl Tran Van bildirib ki, Tiencində “A321” təyyarələrinin istehsalı barədə qərar dünyada, o cümlədən Çində darfüzelajlı “A321” təyyarələrinə tələbin çoxalması ilə bağlıdır.

Qeyd edək ki, “Airbus”un Tiencin şəhərində 2008-ci ildən fəaliyyət göstərən son yığım sahəsi şirkətin Tuluza (Fransa), Hamburq (Almaniya) və Alabamadan (ABŞ) sonra dünyada sayca 4-cü istehsal sahəsidir. Ötən ilin sonunadək Tiencində 500-dən çox “A320” təyyarəsi istehsal edilərək sifarişçilərə çatdırılıb.