logo

Paşinyan Gorusdan Qafana Qubadlıdan deyil, kənd yolu ilə geеdi

21:51 05-11-2021 | icon 2849
Paşinyan Gorusdan Qafana Qubadlıdan deyil, kənd yolu ilə geеdi

Ötən gün Ermənistanın baş naziri Nikol Paşinyan Qafan şəhərinə səfər edib.

YeniAvropa erməni KİV-lərinə istinadən xəbər verir ki, Paşinyan hakim “Vətəndaş müqaviləsi” partiyasından şəhər meri postuna namizəd David Danielyanın atasının yasında iştirak etmək üçün Qafana gedib. D.Danielyanın atasının koronavirusdan öldüyü bildirilir. 

Xatırladaq ki, Gorus-Qafan yolunun bir hissəsi hazırda Azərbaycanın nəzarətindədir.Belə ki, magistral yolun Qubadlı rayonundan keçən 22 kilometrlik hissəsində Azərbaycanın sərhəd və polis postları qoyulub. Ermənistanın dövlət  nömrə nişanlı avtomobilləri hələlik bu yoldan istifadə edə bilirlər.

“Hraparak” qəzetinin yazdığına görə Nikol Paşinyan Qafana Ermənistanı İranla birləşdirən və bir hissəsi Qubadlıdan keçən əsas yolla deyil, Tatev kəndindən keçən və hazırda təmir işləri aparılan alternativ qrunt yolla gedib. N.Paşinyanı 20 avtomobildən ibarət kortej müşaiyət edib, hər kəndin girişində kortejin hərəkətini izləmək və sakinlərin baş nazirə yaxınlaşmasına imkan verməmək üçün polislər düzülüb.