logo

Ermənistanda həkimlər kütləvi tətilə başlayıblar

14:24 02-11-2021 | icon 2800
Ermənistanda həkimlər kütləvi tətilə başlayıblar

Bu gündən Ermənistanda həkimlər və təcili tibbi yardımın əməkdaşları kütləvi tətilə başlayıblar.

YeniAvropa yerli mətbuata istinadla xəbər verir  ki,  onlar əməkhaqqının az olmasına etiraz edirlər.

Hələlik aksiya təkcə paytaxt İrəvanda keçirilir.

KİV-in yazdığına görə, əgər hökumət təcili olaraq həkimlərin maaşlarının artırılması ilə bağlı konkret addım atmasa, aksiyanın miqyası böyüyəcək və bütün ölkəni əhatə edəcək.

Təcili tibbi yardımın sürücülərinin böyük əksəriyyəti, artıq çağırışlara cavab vermirlər.