logo

Romada Ərdoğan-Bayden görüşü keçirilib

15:13 31-10-2021 | icon 2520
Romada Ərdoğan-Bayden görüşü keçirilib

“Böyük iyirmiliyin” (G20) liderlərinin Romada keçirilən sammiti çərçivəsində Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan ilə ABŞ prezidenti Co Baydenin görüşü təxminən 1 saat 10 dəqiqə davam edib.

YeniAvropa yerli mətbuata istinadla xəbər verir ki, görüşdə iki ölkə arasında əlaqələrin möhkəmləndirilməsi və inkişafı üçün birgə mexanizmin yaradılması barədə razılıq əldə olunub. Prezidentlər ikitərəfli ticarət həcminin artırılması üçün birgə atılacaq addımları da müzakirə ediblər.

NATO müttəfiqliyi və strateji tərəfdaşlıq məsələlərinin də əsas müzakirə mövzusu olduğu görüşdə iqlim dəyişikliyi ilə bağlı atılan birgə addımlardan məmnunluq ifadə olunub.

Qeyd edək ki, görüşdə Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu və ABŞ-ın dövlət katibi Entoni Blinken də iştirak ediblər.