Azərbaycanda yeni növ koronavirus (COVID-19) infeksiyasına son sutkada 1013 yoluxma faktı qeydə alınıb, 1244 nəfər müalicə olunaraq sağalıb.
YeniAvropa xəbər verir ki, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumatda bildirilib. Qeyd edilib ki, analiz nümunələri müsbət çıxan 14 nəfər vəfat edib.
İndiyədək ölkədə ümumilikdə 489 min 226 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 469 min 665 nəfər müalicə olunaraq sağalıb, 6 min 625 nəfər vəfat edib. Aktiv xəstə sayı 12 min 936 nəfərdir.
Son sutkada yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 10 min 853, bu günə qədər isə ümumilikdə 4 milyon 923 min 9 test icra olunub.