logo

Azərbaycanda daha 826 nəfər koronavirusa yoluxdu, 15 nəfər öldü

19:18 05-10-2021 | icon 4291
Azərbaycanda daha 826 nəfər koronavirusa yoluxdu, 15 nəfər öldü

Son sutka ərzində Azərbaycanda yeni növ koronavirus (COVID-19) infeksiyasına 826 yoluxma faktı qeydə alınıb, 1597 nəfər müalicə olunaraq sağalıb.

YeniAvropa xəbər verir ki, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumatda bildirilib. Qeyd edilib ki, analiz nümunələri müsbət çıxan 15 nəfər vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 487min 204 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib. Onlardan 467 min 043nəfər müalicə olunaraq sağalıb, 6599 nəfər vəfat edib. Aktiv xəstə sayı 13 min 562 nəfərdir.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 10 min 201, ümumilikdə isə 4 milyon 902 min 328 test icra olunub.