Azərbaycanda yeni növ koronavirus (COVID-19) infeksiyasına son sutkada 391 yoluxma faktı qeydə alınıb, 835 nəfər müalicə olunaraq sağalıb.
YeniAvropa xəbər verir ki, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumatda bildirilib. Qeyd edilib ki, analiz nümunələri müsbət çıxan 11 nəfər vəfat edib.
İndiyədək ölkədə ümumilikdə 486 min 378 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 465 min 446 nəfər müalicə olunaraq sağalıb, 6 min 584 nəfər vəfat edib. Aktiv xəstə sayı 14 min 348 nəfərdir.
Son sutkada yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 4 min 962, bu günə qədər isə ümumilikdə 4 milyon 892 min 127 test icra olunub.