COVID-19-a qarşı II mərhələ peyvənd olunanların sayı 3 milyon 928 min nəfəri ötüb
Oktyabrın 3-də Azərbaycanda 52 min 949 nəfər yeni növ koronavirus (COVID-19) infeksiyası əleyhinə vaksinasiya olunub.
YeniAvropa xəbər verir ki, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumatda bildirilib. Qeyd edilib ki, gün ərzində birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 14 min 6, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 38 min 943 nəfər təşkil edib.
Azərbaycanda bu günə qədər vurulan vaksinlərin ümumi sayı 8 milyon 736 min 939, birinci mərhələ üzrə peyvənd olunanların ümumi sayı 4 milyon 808 min 142, ikinci mərhələ üzrə vaksinasiya edilənlərin sayı 3 milyon 928 min 797 nəfər təşkil edir.