Azərbaycanda yeni növ koronavirus (COVID-19) infeksiyasına son sutkada 712 yoluxma faktı qeydə alınıb, 1813 nəfər müalicə olunaraq sağalıb.
YeniAvropa xəbər verir ki, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumatda bildirilib. Qeyd edilib ki, analiz nümunələri müsbət çıxan 14 nəfər vəfat edib.
İndiyədək ölkədə ümumilikdə 485 min 987 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 464 min 611 nəfər müalicə olunaraq sağalıb, 6 min 573 nəfər vəfat edib. Aktiv xəstə sayı 14 min 803 nəfərdir.
Son sutkada yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 8 min 760, bu günə qədər isə ümumilikdə 4 milyon 887 min 165 test icra olunub.