Koronavirusa yoluxan Şuşa Musiqili Dram Teatrının rəhbəri, əməkdar artisti Yadigar Muradovun səhhəti pisləşdiyindən Zığ qəsəbəsindəki Modul Tipli Xəstaxanaya yerləşdirlib.
YeniAvropa xəbər verir ki, bu barədə onun dostları sosial şəbəkədə məlumat paylaşıblar. Onlar Səhiyyə və Mədəniyyət nazirliklərini Yadigar Muradovun səhhətinə diqqəti artırmağa çağırıblar.
Qeyd edək ki, Y. Muradov 1990-cı ildən Şuşa Dövlət Musiqili Dram Teatrının direktorudur. O, vaxtilə ANS televiziyasında yayımlanan “Qulp” verilişinin aparıcı obrazlarından biri - “Aşıq Yedigar” kimi tanınıb.