logo

Azərbaycanda daha  1178 nəfər koronavirus yoluxdu, 24 nəfər öldü

16:46 23-09-2021 | icon 3248
Azərbaycanda daha  1178 nəfər koronavirus yoluxdu, 24 nəfər öldü

Azərbaycanda yeni növ koronavirus (COVID-19) infeksiyasına son sutkada 1178 yoluxma faktı qeydə alınıb, 2322 nəfər müalicə olunaraq sağalıb.

YeniAvropa xəbər verir ki, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumatda bildirilib. Qeyd edilib ki, analiz nümunələri müsbət çıxan 24 nəfər vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 477 min 587 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 444 min 53 nəfər müalicə olunaraq sağalıb, 6 min 394 nəfər vəfat edib. Aktiv xəstə sayı 27 min 140 nəfərdir.

Son sutkada yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 12 min 331, bu günə qədər isə ümumilikdə 4 milyon 790 min 724 test icra olunub.