Azərbaycanda yeni növ koronavirus (COVID-19) infeksiyasına son sutkada 740 yoluxma faktı qeydə alınıb, 2442 nəfər müalicə olunaraq sağalıb.
YeniAvropa xəbər verir ki, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumatda bildirilib. Qeyd edilib ki, analiz nümunələri müsbət çıxan 22 nəfər vəfat edib.
İndiyədək ölkədə ümumilikdə 473 min 459 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 436 min 537 nəfər müalicə olunaraq sağalıb, 6 min 327 nəfər vəfat edib. Aktiv xəstə sayı 30 min 595 nəfərdir.
Son sutkada yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 7 min 103, bu günə qədər isə ümumilikdə 4 milyon 751 min 264 test icra olunub.