logo

Azərbaycanda daha 1783 nəfər koronavirusa yoluxdu, 32 nəfər öldü

15:46 16-09-2021 | icon 3094
Azərbaycanda daha 1783 nəfər koronavirusa yoluxdu, 32 nəfər öldü

Azərbaycanda yeni növ koronavirus (COVID-19) infeksiyasına son sutkada 1783 yoluxma faktı qeydə alınıb, 3680 nəfər müalicə olunaraq sağalıb.

YeniAvropa xəbər verir ki, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumatda bildirilib. Qeyd edilib ki, analiz nümunələri müsbət çıxan 32 nəfər vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 467 min 173 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 423 min 705 nəfər müalicə olunaraq sağalıb, 6 min 227 nəfər vəfat edib. Aktiv xəstə sayı 37 min 241 nəfərdir.

Son sutkada yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 12 min 852, bu günə qədər isə ümumilikdə 4 milyon 702 min 934 test icra olunub.