logo

Azərbaycanda daha 2077 nəfər koronavirusa yoluxdu, 33 nəfər öldü

18:19 14-09-2021 | icon 3290
Azərbaycanda daha 2077 nəfər koronavirusa yoluxdu, 33 nəfər öldü

Azərbaycanda yeni növ koronavirus (COVID-19) infeksiyasına son sutkada 2077 yoluxma faktı qeydə alınıb, 3725 nəfər müalicə olunaraq sağalıb.

YeniAvropa xəbər verir ki, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumatda bildirilib. Qeyd edilib ki, analiz nümunələri müsbət çıxan 33 nəfər vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 463 min 326 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 416 min 194 nəfər müalicə olunaraq sağalıb, 6 min 167 nəfər vəfat edib. Aktiv xəstə sayı 40 min 965 nəfərdir.

Son sutkada yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 13 min 991, bu günə qədər isə ümumilikdə 4 milyon 675 min 110 test icra olunub.