Azərbaycanda yeni növ koronavirus (COVID-19) infeksiyasına son sutkada 1157 yoluxma faktı qeydə alınıb, 3065 nəfər müalicə olunaraq sağalıb.
YeniAvropa xəbər verir ki, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumatda bildirilib. Qeyd edilib ki, analiz nümunələri müsbət çıxan 31 nəfər vəfat edib.
İndiyədək ölkədə ümumilikdə 461 min 249 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 412 min 469 nəfər müalicə olunaraq sağalıb, 6 min 134 nəfər vəfat edib. Aktiv xəstə sayı 42 min 646 nəfərdir.
Son sutkada yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 8 min 123, bu günə qədər isə ümumilikdə 4 milyon 661 min 119 test icra olunub.