Azərbaycanda yeni növ koronavirus (COVID-19) infeksiyasına son sutkada 2372 yoluxma faktı qeydə alınıb, 4211 nəfər müalicə olunaraq sağalıb.
YeniAvropa xəbər verir ki, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumatda bildirilib. Qeyd edilib ki, analiz nümunələri müsbət çıxan 34 nəfər vəfat edib.
İndiyədək ölkədə ümumilikdə 457 min 416 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 405 min 511 nəfər müalicə olunaraq sağalıb, 6 min 65 nəfər vəfat edib. Aktiv xəstə sayı 45 min 840 nəfərdir.
Son sutkada yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 16 min 215, bu günə qədər isə ümumilikdə 4 milyon 639 min 460 test icra olunub.