Yeni növ koronavirus (COVID-19) infeksiyasına yoluxduğuna görə "Yeni Klinika” Tibb Mərkəzinin reanimasiya şöbəsinə yerləşdirilən əməkdar artist Yaqub Zurufçunun son vəziyyəti açıqlanıb.
YeniAvropa xəbər verir ki, "Yeni Klinika”nın reanimasiya şöbəsinin müdiri Emil Qasımovun verdiyi məlumata görə, sənətçinin vəziyyəti ağır qiymətləndirilir.
“Qeyri-invaziv süni tənəffüs aparatı dəstəyindədir. Vəziyyətinə uyğun intensiv terapiya aparılır. Vəziyyəti ağır stabil olaraq qalır”, - deyə şöbə müdiri bildirib.