logo

Azərbaycanda daha 2557 nəfər koronavirusa yoluxdu,39 nəfər öldü

17:17 08-09-2021 | icon 2961
Azərbaycanda daha 2557 nəfər koronavirusa yoluxdu,39 nəfər öldü

Azərbaycanda yeni növ koronavirus (COVID-19) infeksiyasına son sutkada 2557 yoluxma faktı qeydə alınıb, 3592 nəfər müalicə olunaraq sağalıb.

YeniAvropa xəbər verir ki, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumatda bildirilib. Qeyd edilib ki, analiz nümunələri müsbət çıxan 39 nəfər vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 450 min 282 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 393 min 569 nəfər müalicə olunaraq sağalıb, 5 min 959 nəfər vəfat edib. Aktiv xəstə sayı 50 min 754 nəfərdir.

Son sutkada yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 15 min 220, bu günə qədər isə ümumilikdə 4 milyon 593 min 820 test icra olunub.