logo

Azərbaycanda daha 2447 nəfər koronavirusa yoluxdu,41 nəfər öldü

19:49 07-09-2021 | icon 3045
Azərbaycanda daha 2447 nəfər koronavirusa yoluxdu,41 nəfər öldü

Azərbaycanda yeni növ koronavirus (COVID-19) infeksiyasına son sutkada 2447 yoluxma faktı qeydə alınıb, 3428 nəfər müalicə olunaraq sağalıb.

YeniAvropa xəbər verir ki, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumatda bildirilib. Qeyd edilib ki,analiz nümunələri müsbət çıxan 41 nəfər vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 447 min 725 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 389 min 977 nəfər müalicə olunaraq sağalıb, 5920 nəfər vəfat edib. Aktiv xəstə sayı 51 min 828 nəfərdir.

Son sutkada yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 15 min 530, bu günə qədər isə ümumilikdə 4 milyon 578 min 600 test icra olunub.