Azərbaycanda yeni növ koronavirus (COVID-19) infeksiyasına son sutkada 3759 yoluxma faktı qeydə alınıb, 3473 nəfər müalicə olunaraq sağalıb.
YeniAvropa xəbər verir ki, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumatda bildirilib. Qeyd edilib ki, analiz nümunələri müsbət çıxan 45 nəfər vəfat edib.
İndiyədək ölkədə ümumilikdə 432 min 495 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 373 min 475 nəfər müalicə olunaraq sağalıb, 5 min 722 nəfər vəfat edib. Aktiv xəstə sayı 53 min 298 nəfərdir.
Son sutkada yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 17 min 678, bu günə qədər isə ümumilikdə 4 milyon 498 min 717 test icra olunub.