Respublika QİÇS-lə Mübarizə Mərkəzinə direktor vəzifəsinə təyinat olub.
YeniAvropa xəbər verir ki, bununla bağlı səhiyyə nazirinin birinci müavini Teymur Musayev əmr imzalayıb.
Əmrə əsasən, Səhiyyə Nazirliyi Respublika QİÇS-lə Mübarizə Mərkəzinin direktoru vəzifəsinə Famil Məmmədov gətirilib.
Bu təyinata qədər həmin vəzifənin səlahiyyətlərini icra edən Esmira Alməmmədova öz ərizəsi ilə işdən azad olunub.
Qeyd edək ki, Famil Məmmədov bundan əvvəl Ədliyyə Nazirliyinin Tibb Baş İdarəsinin vərəm üzrə baş inspektoru vəzifəsində çalışıb.